Türkiyə-Ermənistan sərhədi nə vaxt açılacaq?

Ermənistan-Türkiyə sərhədi
Ermənistan-Türkiyə sərhədi

Türkiyə-Ermənistan sərhədinin açılması üçün konkret tarixlər məlum deyil.

AzPost bildirir ki, bu barədə türk diplomatik mənbə RİA Novosti-yə bildirib.

“Bu mövzuda (Türkiyə-Ermənistan sərhədinin açılması) konkret tarixlər yoxdur. Cənab prezidentin dediyi kimi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi Bakı ilə İrəvan arasında sülh prosesi ilə paralel davam edəcək. Biz bu istiqamətdə müsbət addımlar görürük, iki ölkə arasında sülh sazişinin imzalanmasından bütün region faydalanacaq”, – agentliyin mənbəsi bildirib.

Avqustun 8-də Ermənistan, ABŞ və Azərbaycan liderləri Ağ Evdə İrəvanla Bakı arasında münasibətlərin sülh yolu ilə nizamlanması ilə bağlı birgə bəyannamə imzalayıblar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.