Türkiyə Ermənistanın terror əməllərinə beynəlxalq səviyyədə qiymət verilməsi üçün Azərbaycana hüquqi yardım edəcək

02 İyun 2021 - 11:41

Türkiyə Ermənistanın törətdiyi terror əməllərinə beynəlxalq səviyyədə qiymət verilməsi üçün Azərbaycana hər cür hüquqi yardım göstərəcək.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gəncədə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahin deyib.

B. Şahin bildirib ki, Azərbaycanın prokurorluq orqanları tərəfindən terrorla bağlı lazımı dəlillər toplanacaq və beynəlxalq məhkəmələrə veriləcək: “Türkiyə bu məsələdə hüquqi yardım olaraq hər cür məsləhətlər verəcək, Azərbaycana hüquqi sahədə əlimizdən gələn köməkliyi göstərəcəyik”.