Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib

11 May 2021 - 09:30

Türkiyə İsrail təhlükəsizlik qüvvələrinin Əl-Əqsa məscidində fələstinlilərə qarşı səs bombası və həddindən artıq güc tətbiq etməsini pisləyir və onlara qarşı hücumların dərhal dayandırılmasına çağırıb.

“Anadolu”nun verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik qeyd edib: “Fələstin torpaqlarında zorakılığın qarşısını almağın yeganə yolu İsrailin məsuliyyətə cəlb olunmasıdır”.