Türkiyə klubunun prezidenti koronavirusdan öldü

- FOTO
29 Aprel 2020 - 16:11

Türkiyənin həvəskar liqasında mübarizə aparan “Zeytinburnu Telsizspor” klubunun prezidenti Turgay Kalyoncu dünyasını dəyişib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, buna koronavirus səbəb olub. O, müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, Turgay Kalyoncu şəkərli diabet və xroniki xəstəlikdən əziyyət çəkirdi. Onun sabah Zeytinburnunda dəfn olunacağı bildirilib.