Türkiyənin Milli Müdafiə Nazirliyi (MN) Laçın rayonunda Azərbaycanla birgə keçirilən təlimlə bağlı məlumat yayıb.
Türkiyə MN-nin verdiyi xəbərə görə, Türkiyə və Azərbaycan hərbçiləri Laçında “Birgə Komando Hərəkatı” təlimini icra edirlər.
Bildirilib ki, ötən gün başlayan təlim sentyabrın 10-da başa çatacaq.
“Ulu və köklü bir ağacın budaqları olan Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət!” anlayışı ilə tək yumruq olmağa davam edir”, – deyə məlumatda qeyd olunub.