“Türkiyə öz hərbiçilərini və Suriya müxalifətinin silahlı döyüşçülərini Qarabağdakı münaqişə zonasına göndərmək üçün heç bir zərurət görmür”.
Azpost.info bildirir ki, bu barədə RİA-Novosti-yə prezident Ərdoğanın müşaviri Yasin Aktay “Türkiyə münaqişədə öz hərbi qüvvəsi ilə iştirak edə bilərmi?” sualının cavabında bildirib.
“Fikrimcə, Türkiyə münaqişədə öz hərbi qüvvələri ilə iştirak etməyəcək. Buna zərurət yoxdur. Texniki dəstək kifayətdir”.
Onun sözlərinə görə, Ankara Qarabağdakı hərbi münaqişəyə suriya müxalifətinin döyüşçülərini göndərməyi də lazım saymır: “Türkiyə nə üçün suriyalı döyüşçüləri ora göndərməlidir? Buna heç bir zərurət yoxdur” –deyə Aktay vurğulayıb.
Xatırladaq ki, Ermənistanın Rusiayadakı səfiri belə sərsəm iddia ilə çıxış edib.