“Türkiyə nə üçün suriyalı döyüşçüləri Qarabağa göndərməlidir?” –Ərdoğanın müşavirindən sərt açıqlama

“Türkiyə öz hərbiçilərini və Suriya müxalifətinin silahlı döyüşçülərini Qarabağdakı münaqişə zonasına  göndərmək üçün heç bir zərurət görmür”.

Azpost.info bildirir ki, bu barədə RİA-Novosti-yə prezident Ərdoğanın müşaviri Yasin Aktay “Türkiyə münaqişədə öz hərbi qüvvəsi ilə iştirak edə bilərmi?” sualının cavabında bildirib.

“Fikrimcə, Türkiyə münaqişədə öz hərbi qüvvələri ilə iştirak etməyəcək. Buna zərurət yoxdur. Texniki dəstək kifayətdir”.

Onun sözlərinə görə, Ankara Qarabağdakı hərbi münaqişəyə suriya müxalifətinin döyüşçülərini göndərməyi də lazım saymır: “Türkiyə nə üçün suriyalı döyüşçüləri ora göndərməlidir? Buna heç bir zərurət yoxdur” –deyə Aktay vurğulayıb.

Xatırladaq ki, Ermənistanın Rusiayadakı səfiri belə sərsəm iddia ilə çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Komendant saatı üçün icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib

Sonrakı məqalə

BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı təcili görüşü keçiriləcək –