Türkiyə parlamentinin deputatları Öcalanla görüşüb

Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılmış Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının üzvləri İmralı adasında həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşüb.

Bu barədə TBMM-nin Mətbuat xidməti məlumat yayıb.

İmralıdan qayıdan nümayəndə heyətinin açıqlama verəcəyi gözlənilir.

Görüşdən heç bir şəkil və ya audio yazının paylaşılmayacağı, danışıqların stenoqrama yazılacağı bildirilib.

Bu protokolların daha sonra komissiya üzvlərinə təqdim olunması gözlənilir.

“Görüş sosial inteqrasiya, qardaşlığın möhkəmləndirilməsi və prosesin regional perspektivə doğru müsbət irəliləyişi baxımından müsbət nəticələr verib”, – Mətbuat xidmətinin məlumatında deyilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.