Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının sabiq komandanı, ordu generalı Aytaç Yalman 79 yaşında vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.
Bildirilib ki, A. Yalman koronavirusdan ölüb.
Qeyd olunub ki, A. Yalmanın həyat yoldaşı koronavirusdan müalicə olunur.