Türkiyə Rusıya qazının idxalını kəskin artırıb

30 İyun 2021 - 12:53

Bu ilin yanvar-aprel aylarında Rusiyadan Türkiyəyə 10 143,69 mln. kubmetr “mavi yanacaq” ixrac olunub ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur.

Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, yanvar-aprel aylarında Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.

Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-aprel aylarında Rusiyadan 4 182,17 mln. kubmetr qaz idxal edib.

Xatırladaq ki, 2020-ci ildə Rusiyadan Türkiyəyə 16 176,34 mln. kubmetr “mavi yanacaq” ixrac olunub.