Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna yeni İnspeksiya rəisi təyin edilib –ƏMR

Müdafiə Nazirliyində yeni kadr təyinatı həyata keçirilib.

Azpost.info bildirir ki, manset.az-ın əldə etdiyi məlumata görə, nazir general-polkovnik Zakir Həsənovun əmri ilə polkovnik Nazif Xəlilov Naxçıvan MR Əlahiddə Ümumqoşun Ordusunun İnspeksiya rəisi təyin edilib. O bundan əvvəl Naxçıvan MR Hərbi Polisinin rəisi olub.

Qeyd edək ki, bir müddət bundan əvvəl nazir Zakir Həsənovun əmri ilə Naxçıvan MR Əlahiddə Ümumqoşun Ordusunun İnspeksiya rəisi, general-mayor Lənkəran Əliyev, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, MN-nin İdealoji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev yaş həddi ilə əlaqədər olaraq təqaüdə göndərilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

QHT Agentliyi qrant müsabiqələri ilə bağlı yeni meyarlar hazırlayıb

Sonrakı məqalə

Türkiyə Rusıya qazının idxalını kəskin artırıb