Türkiyə Rusıya qazının idxalını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Rusiyadan Türkiyəyə 10 143,69 mln. kubmetr “mavi yanacaq” ixrac olunub ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur.

Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, yanvar-aprel aylarında Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.

Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-aprel aylarında Rusiyadan 4 182,17 mln. kubmetr qaz idxal edib.

Xatırladaq ki, 2020-ci ildə Rusiyadan Türkiyəyə 16 176,34 mln. kubmetr “mavi yanacaq” ixrac olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna yeni İnspeksiya rəisi təyin edilib –

Sonrakı məqalə

Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb