Türkiyə və Ermənistan nümayəndələri sərhəddə görüşüb

Ermənistan-Türkiyə sərhədi
Ermənistan-Türkiyə sərhədi

Ermənistan və Türkiyə nümayəndə heyətləri noyabrın əvvəllərində iki ölkənin sərhədində görüş keçirib.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan deyib.

O, texniki heyətlərin görüşündə sərhədlərin açılması, körpülərin təmiri, sərhədlərin açılması halında hərəkətə nəzarət, gömrük nəzarəti, texniki hazırlıq və s. məsələlərin müzakirə olunduğunu deyib.

Vaan Unanyan görüşdə Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin 1 iyulda əldə etdiyi razılaşmaların icrasının müzakirə edildiyini əlavə edib.

Xatırladaq ki, bundan öncə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Türkiyə-Ermənistan sərhədində iki ölkənin nümayəndələrinin görüşdüyünü və müzakirələr apardığını açıqlamışdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.