Türkiyədə 4 bal gücündə zəlzələ olub

06 Avqust 2021 - 23:03

Türkiyənin Muğla vilayətində 4 bal gücündə zəlzələ olub.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 19:10-da qeydə alındığını bildirib.

Qeyd edək ki, episentri Egey dənizinin Datça sahilindən 33 kilometr uzaqlıqda baş verən təkan yerin 17,6 kilometr dərinliyində qeydə alınıb.(APA)