Türkiyənin İzmir şəhərində daha bir zəlzələ olub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi xəbərə görə, İzmirin Karaburun rayonunda yerli vaxtla saat 23:46-da 4,8 bal gücündə zəlzələ baş verib.
Qeyd edək ki, son sutka ərzində Karaburunda 4-cü güclü təkandır.
Belə ki, fevralın 1-də Karaburun rayonunda yerli vaxtla saat 08:46-da 5.1 bal, 1 dəqiqə sonra isə 4.7 bal gücündə zəlzələ qeydə alınıb.