Türkiyədə 4,9 bal gücündə zəlzələ olub

Türkiyənin Çanaqqala vilayətində 4,9 bal gücündə zəlzələ olub.

Yerli vaxtla saat 21.38-də baş verən yeraltı təkanların episentri Çanaqqalanın Yenice rayonudur.

Zəlzələ İstanbul da daxil olmaqla, bir çox bölgədə hiss edilib.

Yeraltı təkanlarla bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, AFAD da daxil olmaqla, ölkənin bütün aidiyyatı qurumları sahə araşdırmalarına başlayıb.

Əvvəlki məqalə

Ermənistan əsgər Ruslan Pənahovu Azərbaycana qaytarır –

Sonrakı məqalə

“Regionda terrorçuların fəallığı sıfıra endirilib” –