Türkiyədə bələdiyyə sədri PKK ilə əlaqədə şübhəli bilinərək saxlanılıb

İstanbulun Esenyurt Bələdiyyəsinin sədri Ahmet Özer PKK/KCK terror təşkilatı ilə əlaqədə olma şübhəsi ilə saxlanılıb.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Ahmet Özerin evində və bələdiyyə binasında geniş axtarış aparılıb.

Qeyd edək ki, bu il Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərdə CHP-dən Esenyurt üzrə bələdiyyə sədrliyinə namizəd olaraq irəli sürülən Ahmet Özer səsvermədə 49 faizlə birinci olub.

Xatırladaq ki, İstanbulun əcnəbilərin ən sıx məskunlaşdığı bölgəsi olan Esenyurt həm də Türkiyənin ən böyük rayonudur(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.