Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 129 nəfər ölüb.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 279 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 902, ağır xəstələr isə 1751 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 457 118 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 340 216 nəfər sağalıb, 25 605 nəfər isə ölüb.