Türkiyədə daha 76 nəfər koronavirusdan ölüb

02 Noyabr 2020 - 20:46

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 76 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən belə bildirib. 

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 139 103 şübhəli koronavirus testindən keçib, onlardan 2302-nin cavabı pozitiv çıxıb, 1521 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı  2341 nəfər olub. İndiyədək 327 007 nəfərin müalicəsi başa çatıb.

Türkiyədə ümumilikdə 379 775 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 402 nəfər ölüb.