Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatıb

29 Mart 2020 - 20:42

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 131 olub.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.

Qeyd edilib ki, son bir gündə 23 koronavirusa yoluxmuş xəstə ölüb və 9982 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 1815-nin cavabı pozitiv çıxıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 9217-ə çatıb.

Ölkədə indiyədək yoluxanlardan 568 xəstə ağır vəziyyətdədir, 105 xəstə isə sağalıb.