Türkiyədə koronavirusdan sağalanların sayı 208 min nəfəri ötüb

25 İyul 2020 - 23:41

Türkiyədə son 24 saat ərzində daha 16 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 596 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 921 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 225 173 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 208 477 nəfər təşkil edir.