Türkiyədə minimum pensiya artırılır- Ərdoğan məbləği AÇIQLADI

Türkiyədə minimum pensiya 2 min lirə artırılaraq 7 min 500 lirə olacaq.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV-nin canlı yayımında jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.

“Biz pensiyaçılarla bağlı işimizi gördük və bu işi Əmək və Sosial Müdafiə Nazirliyi, Xəzinə və Maliyyə Nazirliyi ilə birlikdə etdik. İş bitəndə təqdim edəcəklər. Amma indidən müjdəli xəbəri verim ki, 7 min 500 lirə olacaq. Millətimizə və bütün pensiyaçılara xeyirli olsun”, – Ərdoğan bildirib.

Qeyd edək ki, hazırda Türkiyədə minimum pensiya 5500 lirədir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.