Türkiyədə son sutkada koronavirusdan 95 nəfər ölüb

11 Aprel 2020 - 21:57

Türkiyədə son sutkada koronavirusa 5138 nəfər yoluxub, 95 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca tvitter səhifəsində yazıb.

O bildirib ki, ümumilikdə ölkə üzrə 52 167 yoluxma qeydə alınıb, ölənlərin sayı isə 1101 nəfərə çatıb.