Türkiyədə tibbi maska taxmayanlar cərimə ediləcək

Türkiyədə yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar tibbi maskadan istifadə etməyənlər cərimə ediləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Türkiyənin 81 şəhər valiliyinə göndərilən təlimatda infeksiyanın yayılmasının qarşısının alınmasında sosial məsafəyə, gigiyenik qaydalara riayət olunması və tibbi maskadan istifadə edilməsinin son dərəcə əhəmiyyətli olduğu vurğulanıb.

Bildirilib ki, 22 iyundan etibarən tibbi maskadan istifadə etməyənlər 900 türk lirəsi məbləğində cərimələnəcək.

Tibbi maskalardan istifadə 48 vilayətdə bütün sahələrdə, 33 vilayətdə isə ticarət mərkəzləri, market, restoran, kafe və iaşə obyektlərində məcburidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkə üzrə taxıl sahələrinin 33 faizində biçin başa çatıb

Sonrakı məqalə

DMX: