DMX:"İndiyədək Almaniyadan 1260 nəfər Azərbaycana qaytarılıb"

2015-ci ildən 2020-ci ilin bu gününədək Dövlət Miqrasiya Xidmətinə Almaniya Federativ Respublikasından daxil olmuş 2509 şəxs barəsində readmissiya sorğusuna müsbət cavab verilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, bu müddət ərzində onlardan 1260 şəxsin readmissiyası həyata keçirilib. Digər 1249 nəfərin ölkəyə qeyri-müəyyən vaxta readmissiyası gözlənilir. Onlardan 647 nəfərinin readmissiya sorğusuna cavab 2019-2020-ci illər ərzində verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə tibbi maska taxmayanlar cərimə ediləcək

Sonrakı məqalə

Qüdrət Həsənquliyevdən nazir Sahil Babayevə sərt tənqid: