Türkiyənin Müdafiə naziri Suriya sərhədinə gedib

21 Fevral 2020 - 16:53

Türkiyə Müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və Quru Qoşunlarının komandanı Ümit Dündar Suriya sərhədinə səfər ediblər.

APA-nın yerli bürosunun “Hürriyyət” qəzetinə istinadla verdiyi xəbərə görə, Müdafiə naziri və digər rəsmilər sərhəd ərazisinə baxış keçiriblər.