Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən daha altı terrorçu zərərsizləşdirilib

08 May 2021 - 21:48

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkə daxilində davam etdirdiyi antiterror əməliyyatları nəticəsində daha altı terrorçu zərərsizləşdirilib.

Bu barədə daxili işlə naziri Süleyman Soylu sosial şəbəkə hesabından paylaşım edib. Əməliyyatlara cəlb olunan pilotsuz uçuş aparatlarının və helekopterlərin fəaliyyətini alqışlayan nazir yazıb: “Altı terrorçu zərərsizləşdirilib. Mardinin Nusaybin Dibek bölgəsindəki qəhrəmanlarımıza dua edək”.

Qeyd edək ki, son dövrdə Daxili İşlər Nazirliyinin ayrı-ayrı qurumlarının İHA və SİHA aparatları ilə təmin edilməsi terrorizmlə mübarizədə yeni imkanlar yaradıb.

Anadolu agentliyinin məlumatına görə, bu günlərdə DİN-ə yeni “Bayraktar TB2” pilotsuz uçuş aparatları verilib. Bu barədə Türkiyə Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Müdafiə Sənayesi İstehsalat Birliyinin rəhbəri İsmail Demir məlumat verib. İHA və SİHA aparatları, ilk növbədə, terrorçuların gizləndikləri məkanları, sığınacaq və mağaraların yerini müəyyən edir ki, bu da dəqiq zərbələrin vurulmasını təmin edir.