“İran yük avtomobilləri Qarabağa yük daşımır, yayılan video yalandır”-Səfirlik açıqlama yaydı

“İran yük avtomobilləri Qarabağa yük daşımır”.

Azpost.info bildirir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

İran səfirliyi qeyd edir ki, İran öz yük avtomobillərinin Laçın dəhlizi vasitəsi ilə Qarabağa yük daşınmasını təkzib edir.

İran səfirliyi bildirir ki, İran rəsmilərinin apardıqları araşdırmalara əsasən sosial şəbəkədə yayılan kadrlar həqiqəti əks etdirmir.

Səfirlik əlavə edir ki, iki dost və qardaş ölkənin münasibətlərinin inkişaf etdiyi bir vaxtda, belə əsassız və yalan məlumatlar iki ölkə münasibətlərinin inkişaf etməsini istəməyən qruplar tərəfindən yayımlanır.

Qeyd edək ki, sosial şəbəkələrdə İran yük avtobillərinin Laçın dəhlizi vasitəsi ilə Xankəndinə yük daşımaları ilə əlaqədar kadrlar yayımlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən daha altı terrorçu zərərsizləşdirilib

Sonrakı məqalə

Avropanın Hitlerdən xilasında iştirak edən Azərbaycan –