Türkiyənin təhsil müəssisələrində keçirilməsi planlaşdırılan bütün tədbirlər təxirə salınıb

12 Mart 2020 - 15:13

Yeni növ koronavirusun (COVID-19) ölkədə yayılmasının qarşısını almaq məqsədilə Türkiyənin bütün təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulan tədbirlər təxirə salınıb.

Bu barədə ölkənin Milli Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bununla bağlı təhsil müəssisələrinə göndərilən yazılı xəbərdarlıqda toplantı, konfrans, simpozium, forum, mükafatlandırma mərasimləri, idman yarışları kimi keçirilməsi planlaşdırılan bütün tədbirlər ləğv edilib. Bundan əlavə bu kimi sosialyönümlü tədbirlərin keçirilməsi üçün təkliflər də müvəqqəti olaraq qəbul edilmir.