Oktyabrın 18-də İstanbulda Azərbaycan, Ermənistan, Rusiya Federasiyası və İranın xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında xarici işlər nazirlərinin üçüncü görüşü keçiriləcək.
Azpost.info “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada İordaniyanın xarici işlər naziri Ayman əs-Səfadi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
“Türkiyə bütün regional məsələlərin bilavasitə region ölkələri tərəfindən həll edilməsi mövqeyindən çıxış edir. Biz regional əməkdaşlıq platforması vasitəsilə Cənubi Qafqaz ölkələri ilə məsləhətləşmələri davam etdiririk. “3+3” formatında nazirlərin üçüncü görüşü oktyabrın 18-də İstanbulda keçiriləcək. Görüşdə Azərbaycan, Ermənistan, İran və Rusiyanın xarici işlər nazirləri iştirak edəcək”, – deyə Fidan bildirib.