Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü keçiriləcək

“Yaxın zamanlarda Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü keçiriləcək”.

Azpost.info bildirir ki, bu barədə Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov TRT-yə müsahibəsində bildirib: “Ümid edirik, bəlli səbəblərə görə təxirə salınan bu görüş yaxın zamanda baş tutacaq”-deyə o bildirib.

Onun sözlərinə görə, hazırda bu ölkələr arasında əlaqələrin səviyyəsi siyasi,iqtisadi və ticarət, hunmanitar istiqamətdə üçtərəfli əməkdaşlığın inkişaf etdirməyə imkan verir.

“Türkmənistan, Türkiyə və Azərbaycanın yanaşması Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionun inkişafına müsbət təsir edir. Bu isə adı çəkilən regionların Avrasiyada uzunmüddətli sabitliyi üçün möhkəm əsas yaradır.

Söhbət ilk növbədə enerji. nəqliyyat və kommunikasiya kimi strateji istiqamətlərdən gedir. Bu 3 ölkənin aparıcı və fəal mövqeyi Şərq-Qərb istiqamətində etibarlı enerji və nəqliyyat körpüsünün yaradılmasında mühüm əhəmiyyət daşıyır.

Bu görüş 3 qardaş ölkənin əlaqələri tarixində parlaq səhifə açacaq”-deyə prezident vurğulayıb.

Berdımuhammedovun sözlərinə görə, nəqliyyat sahəsində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu layihəsinin böyük gələcəyini görürlər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ayrılıq bir dənizdir…” Ölkədə ən çox ailə niyə 1990-cı ildə dağılıb?-

Sonrakı məqalə

Qüdrət Həsənquliyev dövlət müəssisələrinin özəlləşdirilməsini təklif edib