“Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək” –Hulusi Akar

“Ermənistanın Azərbaycana son hücumları Yerevanın regionda sülh və sabitliyə bir daha ən böyük əngəl olduğunu göstərdi”.

Türkiyə Müdafiə Naziri Hulusi Akar bu gün  “Türk-İngilis Anlaşma Mərkəzi (CBTU)” tərəfindən internet üzərindən təşkil edilən “Türkiyədə Qlobal və Regional Təhlükəsizlik Mühitinin Dəyişməsi” adlı proqramda sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, bu hücumlar açıq şəkildə beynəlxalq hüquqa ziddir və Türkiyə bunu qətiyyətlə pisləyir: “Qarabağ və ətraf bölgələrin qanunsuz işğalı Azərbaycanda bir milyondan çox insanın daxili köçkünə çevrilməsinə səbəb oldu. Türkiyə, xalqını və ərazi bütövlüyünü qoruyan Azərbaycanla həmrəy olaraq dost ölkəni dəstəkləməyə davam edəcək”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Minsk Qrupunun ilk sədri Mario Rafaelli 27 ildən sonra danışdı:

Sonrakı məqalə

Azərbaycan Rusiya XİN-in Qarabağa muzdluların gətirilməsi ilə bağlı açıqlamasına cavab verdi