Türkiyə “Bayraktar TB3” üçün yerli mühərriki nümayiş etdirdi –Səlcuq Bayraktar "əlavə güc gəlir" yazdı

Türkiyə istehsalı olan pilotsuz uçan aparatlar, o cümlədən “AKINCI” və “Bayraktar TB3” yerli mühərriklər sayəsində daha da təkmilləşdiriləcək.

Bu barədə Baykar Texniki Şirkətinin müdiri və T3 Vəqfinin idarə heyətinin sədri Səlçuk Bayraktar “Twitter” sosial şəbəkə hesabından paylaşım edib. Paylaşımda TEI (TUSAŞ Motor Sanayi A.Ş.) tərəfindən istehsal edilən yerli təyyarə mühərrikinin sınağını nümayiş etdirən videomaterial əksini tapıb. S.Bayraktar yazır ki, sınaqdan böyük uğurla çıxan yerli mühərrik “AKINCI” və “Bayraktar TB3”ə əlavə güc verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Strateji valyuta ehtiyatlarımızın həcmi açıqlandı –

Sonrakı məqalə

“Yaşayış məntəqələrinin atəşə tutulmasını qətiyyətlə pisləyirik” –