Türkiyə idmançılarının qələbələrini Azərbaycana ərməğan etməsi xalqımızın duyğularına toxundu- Prezident

Siz doğrudan da bütün Azərbaycan xalqını sevindirdiniz. Cansu qızımız söylədi ki, Azərbaycana ərməğan edirəm. Bütün Azərbaycan xalqının duyğularına toxundu, hamımızı xoşbəxt etdi.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib.

Azərbaycan Prezidenti Türkiyə idmançılarının İrəvanda qələbə qazanmalarının qürurverici olduğunu vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.