“Türkiyə ilə ABŞ-ın münasibətləri pisləşəcək” –Rusiyalı politoloq Sergey Markov

ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanıması Türkiyə ilə ABŞ-ın münasibətlərinin pisləşməsinə gətirib çıxaracaq.

Bunu Trend-ə rusiyalı politoloq Sergey Markov deyib.

C.Baydenin bu addımı atmasının səbəbləri barədə danışan S.Markov bildirib ki, ABŞ prezidenti Türkiyəyə daimi təzyiq aləti yaratmaq və Türkiyə ilə güc mövqeyindən danışmaq istəyir.

Onun sözlərinə görə, C.Baydenin əməllrində ziddiyyətər var: “Bir tərəfdən Bayden bəyan edir ki, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir, digər tərəfdənsə bu münasibətləri kəskin pisləşdirir. Bunu heç kim başa düşə bilmir, çünki Rusiya ilə münasibətlərdə də eyni problemlər mövcuddur. Fikrimcə, Ankarada Bayden administrasiyasına heyrətlə baxırlar və onların nə istədiyini başa düşə bilmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

YAP və siyasi partiyalar Baydenin qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı birgə bəyanat yayıb

Sonrakı məqalə

Bayden prezident kimi ilk xarici səfərini Britaniyaya edəcək –