Türkiyə İsrailin Suriyaya hücumunu qınayır.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir:
“Biz İsrailin Suriyanın cənubunda güc tətbiq edərək son hadisələrə qarışmasını pisləyirik və bu hücumlara dərhal son qoyulmalı olduğunu vurğulayırıq”.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu druzları qorumaq üçün Suriya qüvvələrini hədəf almağı tapşırıb.