Türkiyə Kabil hava limanını nəzarətə götürməkdən imtina edib

Türkiyə Kabil hava limanını nəzarətə götürmək planlarından imtina edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Əfqanıstanda, xüsusilə də hava limanında yaranmış xaos fonunda ərazinin Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə təhvil verilməsi prosesi dayandırılıb.

Buna baxmayaraq, Türkiyə tərəfinin ehtiyac yaranarsa, aeroportun təhlükəsizliyi baxımından texniki yardım göstərməyə hazır olduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əfqanıstanın 22 hərbi təyyarə və 24 helikopteri Özbəkistana keçib

Sonrakı məqalə

“Əfqanıstan ordusu döyüşə cəhd etmədən təslim oldu” –