Türkiyə Prezident Administrasiyası: Ərdoğan Putin və Zelenski ilə dialoqu davam etdirir

“Türkiyə beynəlxalq arenada sülh və sabitliyə töhfə verməkdə davam edir, münaqişə zonalarında zorakılıq səviyyəsini azaltmaq üçün səy göstərir”.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib.

F.Altun Türkiyənin Ukraynadakı müharibəyə son qoymaq üçün sülh təşəbbüslərinə diqqət çəkib.

“Rəcəb Tayyib Ərdoğan həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Volodimir Zelenski ilə yaxın dialoqu davam etdirir. Fevralın sonundan indiyədək Ərdoğan hər iki ölkənin liderləri ilə dəfələrlə telefonla danışıb”, – Altun bildirib.

İdarə rəisi Ukraynada baş verənlərin mövcud dünya nizamının ədalətsizliyini bir daha göstərdiyini vurğulayıb.

“İkinci Dünya Müharibəsindən sonra formalaşmış hazırkı dünya sistemi öz səmərəsizliyini dəfələrlə sübut edib. BMT problemləri qanunun aliliyi çərçivəsində həll etmək əvəzinə, yalnız fikir ayrılıqlarının həllini gecikdirir. Müharibə iştirakçılarından biri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan kimi təşkilatın işi dayanır. BMT Təhlükəsizlik Şurası hüququ pozulan dövləti deyil, beş gücün maraqlarını dəstəkləyir”, – Altun qeyd edib.

Prezident Administrasiyası nümayəndəsinin sözlərinə görə, Ankaranın planına görə, BMT Təhlükəsizlik Şurasında beş deyil, 20 dövlət təmsil olunmalıdır.

“Report”

Əvvəlki məqalə

Zelenski Consona təşəkkür edib

Sonrakı məqalə

Qənirə Paşayeva: