Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Qənirə Paşayeva:

User 09 Aprel 2022 - 23:27 (Last updated: 21 May 2025 - 20:15)
qəni

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşü beynəlxalq, regional və yerli medianın gündəliyində xüsusi yer tutur. Bu, Brüssel sülh gündəliyinin müəyyənləşməsi və perspektivlər vəd etməsi ilə sıx bağlıdır. Brüssel gündəliyi Prezident İlham Əliyevlə Aİ-nin rəhbəri Şarl Mişelin ortaq əsəridir. Paşinyan isə həmmüəllif yox, iştirakçıdır.

Bu fikirləri açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Bu formatda ilk üçtərəfli görüşün ötən il dekabrın 14-də keçirildiyini diqqətə çatdıran komitə sədrinin sözlərinə görə, nəticə etibarilə, artıq Brüssel sülh gündəliyi formalaşdırılıb: “Əgər qarşılıqlı etimad, perspektivə inam və imza qədər etibar qazanmış sözlər olmasaydı, tərəflər arasında görüşün əhəmiyyəti də olmayacaqdı. İndi isə obrazlı desək, dekabr aprelə, Brüssel bütün regiona daşınıb. Brüssel sülh gündəliyi öz işlək mexanizmlərini doğrultmaqdadır.

Aprelin 6-da üçtərəfli əsasda 5 saata yaxın davam edən görüş ilk üçtərəfli görüşün təsbiti, keçən müddətin analizi və bundan sonra olacaqların yol xəritəsini cızdı”.

Q.Paşayeva diqqətə çatdırıb ki, görüşün nəticəsi olaraq Şarl Mişelin verdiyi bəyanatda təsbit edildi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlayır. İki ölkənin xarici işlər nazirliklərinə uyğun təlimat verildi. Bu, məhz Azərbaycan Respublikasının irəli sürdüyü məlum 5 maddəlik təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasını ifadə edir. Bizim üçün ən əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

Bəyanatda Ermənistanla Azərbaycanın sərhəd məsələləri üzrə birgə komissiya yaratması, ilk növbədə delimitasiya prosesinə başlaması yönündə razılığın əldə olunduğu ifadə edilir. Təbii ki, delimitasiyanın nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır.

“Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi sənəddə təsdiq olunur.

Ayrıca, nəqliyyat- kommunikasiya xətləri də təsdiq olunur, dəmir yolunun, avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olunur. Bəyanatda “Dağlıq Qarabağ” ifadəsi və haqlı olaraq “keçmişin qalığı” sayılan “Minsk Qrupu həmsədrlik institutu”na birmənalı istinad yoxdur. Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm, format yaranır. Aydındır ki, bunun məqsədi ilk növbədə Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasıdır. Doğrudur, belə bir normallaşdırma bütün regiona, Azərbaycana, qonşularımıza, dostlarımıza da lazımdır, lakin bu ilk növbədə Ermənistana lazımdır”, – deyə deputat vurğulayıb.

Qənirə Paşayevanın sözlərinə görə, uğursuz dövlətin hərbi-siyasi rəhbərliyi bu doğruları nə qədər tez dərk və qəbul etsə, bu, ilk növbədə onların özü üçün faydalı olacaq. Sülh prosesini sabotaj etmək, ilk növbədə, Ermənistanın öz dövlətçiliyinə, sabitliyinə və iqtisadiyyatına mənfi təsir edəcək. İndi gedişat elədir ki, Ermənistan öz rəhbərinin imzasına hörmət etsə də, etməsə də, Paşinyan Brüssel razılaşmasına sadiq qalsa da, qalmasa da, Ermənistan çox təsirlənəcək. İndi buyursunlar, ya irəli dursunlar ya da geri. Yerində saymaq olmaz.

AZƏRTAC

Post navigation

Previous: Türkiyə Prezident Administrasiyası: Ərdoğan Putin və Zelenski ilə dialoqu davam etdirir
Next: Boris Conson Zelenski ilə Kiyev küçələrini gəzib –

Oxşar xəbərlər

sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.