“Türkiyə hər an, hər yerdə zəfər qazanmağa hazırdır. Biz bunu Azərbaycanda və Qarabağda göstərdik”.
Azpost.info bildirir ki, bu sözləri Prezident Ərdoğan Milli Müdafiə Universitetinin Məzun mərasimində çıxışı zamanı deyib.
Ərdoğanın sözlərinə görə, Türkiyənin bu yaxınlarda Efesdə keçirdiyi hərbi təlimləri uğurla yekunlaşıb. Bu təlimlərdə 39 ölkə, xüsusən ABŞ iştirak edib. “Biz bu təlimlərlə yaxşı dərs verdik. Bu onu göstərir ki, Türkiyə istənilən zaman, istənilən yerdə qələbə qazanmağa hazırdır. Biz bunu Azərbaycanda, Qarabağda, Liviyada göstərdik. Bundan sonra yenə göstərməyə hazırıq”.
Ərdoğanın sözlərinə görə, Türkiyə ordusunun lazımi infrastrukturların yaradılması və transformasiyaların həyata keçirilməsinin qarşısı həmişə müxtəlif bəhanələrlə alınıb: “Başaa çatan NATO sammitində hər kəsin dediyi kimi Türkiyə terrorla mübarizədədir. Terrorla mübarizədə haqqı verilməli olan bir ölkədir. İnşallah, bitənə qədər terrorla mübarizəmizi davam etdirəcəyik”.