Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi təyin olunub

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi dəyişdirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən bu postda Metin Gürakın yerinə Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu təyin edilib.

Quru Qoşunlarının yeni komandanı isə Birinci Ordu komandanı Metin Tokel olub.

Qərar Ali Hərbi Şuranın avqustun 5-də Prezident Ərdoğanın sədrliyi ilə keçirilən iclasında verilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.