Türkiyə Superliqasının XXVI turuna yekun vurulub

Fevralın 22-də futbol üzrə Türkiyə çempionatının XXVI turunun sonuncu qarşılaşmasında “Ankaragücü” doğma meydanda “Rizəspor”u qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib – 1:1.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 54 xalla “Qalatasaray” başçılıq edir. İkinci pillədə 51 xal toplayan “Beşiktaş”, üçüncü pillədə isə onunla eyni xala malik olan “Fənərbağça” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXVI turda “Beşiktaş” istirahət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ İranla danışıqlara açıqdır” –

Sonrakı məqalə

ABŞ-da koronavirusdan ölüm sayı 500 mini ötüb