Türkiyə tərəfi İranla sərhəd bölgəsində əlavə tədbirlərə başlayıb- Koronavirusla bağlı

İranın Qum şəhərində koronavirusa yoluxan iki nəfərin həkimlərin səylərinə baxmayaraq, xəstəxanada vəfat etməsi Türkiyə tərəfini əlavə tədbirlər görməyə məcbur edib.

AZƏRTAC xəbər verir ki, bunla əlaqədar Van vilayətinin rəhbərliyi təcili toplantı keçirib. Qonşu ölkədən gələn turistlərin sözügedən virusa qarşı yoxlanılması ilə bağlı qərar qəbul olunub.

Bildirilir ki, Kapıköy gömrük-keçid məntəqəsində xüsusi kamera və karantin tibbi məntəqəsi qurulacaq. Bundan başqa bölgədə türk, fars və ingilis dillərində koronavirusun əlamətləri, eləcə də şübhəli hallarda aidiyyəti qaydada müraciət edilməsinin vacibliyi və s. barədə məlumatlar yerləşdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tanınmış telejurnalist vəfat edib

Sonrakı məqalə

AMEA Rəyasət Heyəti Aparatında dəyişiklik