Türkiyə millisi Uelsə məğlub oldu-AVRO-2020 (YENİLƏNİB)

İkinci hissənin əvvəlində uelslilər bir neçə hücum təşkil etsə də, türkiyəlilər üstünlüyə yiyələnib. Hesabı dəyişməyə çalışan “ay-ulduzlular” rəqibin azsaylı hücumlarından biri zamanı penalti ilə cəzalanıb. Qaret Beyl özünün qazandığı 11 metrlik cərimə zərbəsini qapının üstündən vurub. Bu epizoddan sonra rəqibi qapısına sıxışdıran qardaş ölkə təmsilçisi bir neçə təhlükəli epizod yaratsa da, imkanlardan yararlanmayıb.

Görüşün sonlarında əsəblər tarıma çəkilib. Bu da Uels millisinin qapısı önündə qalmaqalla nəticələnib. Burak Yılmazla Ben Devis arasında anlaşılmazlıq hər iki komandanın futbolçuları arasında çaxnaşmaya səbəb olub. Aranı sakitləşdirən referi üç oyunçuya xəbərdarlıq verməklə kifayətlənib. Uzatma dəqiqələrinin sonunda uelslilər ikinci qolu vuraraq inamlı qələbə qazanıb.

**

Bakı Olimpiya Stadionunda Türkiyə Uels qarşılaşmasının birinci hissəsi başa çatıb.

Türkiyə 1-0 hesabı ilə uduzur. Qələbə topu 42-ci dəqiqədə vuruludu.

**

A qrupunda yer alan Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşır. Portuqaliyalı baş hakim Artur Manuel Ribeyro Soares Diasın start fiti ilə qarşılaşma başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan matça stadiondan baxırlar. UEFA prezidenti Aleksander Çeferin, AVRO-2020-nin səfiri Luiş Fiqu, həmçinin Türkiyə Super Liqasında çıxış edən bir neçə klubun prezidenti və futbolçuları da oyunu izləyənlər arasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin və Bayden birgə bəyanat verib:

Sonrakı məqalə

Laçında iki hərbi qulluqçumuz yol qəzasında həlak olub –