Türkiyə və Livan Suriyaya yardım etmək üçün birlikdə çalışacaqlar- Ərdoğan

Ankara və Beyrut Suriyaya dəstək üçün birlikdə çalışacaqlar.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın baş naziri Nəcib Mikati ilə birgə mətbuat konfransında deyib.

“Suriyanın iki mühüm qonşusu olaraq Livanla birlikdə hərəkət etmək barədə razılığa gəldik. (…) Biz Suriyanın ayağa qalxmasına kömək etmək niyyətindəyik”, – deyə o bildirib.

Ərdoğanın sözlərinə görə, “Suriyanın sabitliyi bütün regionun sabitliyi deməkdir”.

Qeyd edək ki, dekabrın 8-də Suriyadakı silahlı müxalifət Dəməşqi tutduqlarını və keçid hakimiyyətlərini formalaşdırdıqlarını açıqladı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.