Türkiyə XİN:"Qondarma rejimin Dağlıq Qarabağda keçirdiyi "seçkiləri" tanımırıq"

“Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqazda regional sabitliyə və inkişafa ən böyük əngəldir”. 

Sentyabrın 8-də Ermənstanın işğal etdiyi Azərbaycan torpaqlarında qondarma rejimin keçirdiyi “yerli özünüidarəetmə seçkiləri” ilə bağlı Türkiyə XİN-in diplomatik mənbələrindən APA-nın yerli bürosuna bildirilən açıqlamada belə deyilib.

Açıqlamada qeyd olunub ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq hüquq və BMT müvafiq 4 qətnaməsi çərçivəsində, sülh şərtləri daxilində həll edilməsini arzu edir: “Bu baxımdan Türkiyə Ermənistanın qanunsuz olaraq zəbt etdiyi işğal altındakı Dağlıq Qarabağ ərazisində keçirilən “yerli seçkiləri” tanımır. Ona görə də Ermənistanın beynəlxalq hüquq normalarına zidd status-kvonu qanuniləşdirmək səylərini keçmişdə olduğu kimi, bu gün də qəbul etmirik və bu qanunazid addımların problemin həllinə heç bir faydası olmadığını bir daha bəyan edirik”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir