“Türkiyə zatən Azərbaycandadır və hər zaman da olacaq” –İbrahim Kalın

“Türkiyə zatən Azərbaycandadır və hər zaman da olacaq. Müşahidə qüvvələrinin bir hissəsi kimi də Türkiyə Azərbaycanda olacaq”.

Bunu Türkiyə Prezidentinin Sözçüsü İbrahim Qalın NTV telekanalına müsahibəsində bildirib.

İ.Qalın Qarabağ məsələsilə bağlı Türkiyəyə qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, Türkiyənin Qarabağda olmasının Avropa üçün də faydalı olacağını vurğulayıb: “Ruslar önə çıxdı və atəşkəs üçün bir razılaşma əldə olundu. Rusiya hərbçiləri orada 5+5 il qalacaqlar. Mən də bunu deyirəm: Madam rus hərbçilərinin orada varlığından narahatsınız, nədən bu günə qədər müttəfiq  olaraq  gördüyünüz Ermənistana oradakı rus hərbi bazalarını çıxarılmasını söyləmədiniz? Buna gücünüz çatırsa, buyurun edin, Ermənistan oradakı rus hərbiçilərini çıxarsın. Ruslar Qafqaza və ya Ermənistana yeni gəlmədi, illərlədir ki, oradadırlar. ABŞ atəşkəs üçün bir fəaliyyətə başladı, bizdən də dəstək istədilər, biz də dəstək olduq. Atəşkəs 2 gün çəkdi. Bundan başqa, məsələn, Fransadan hansısa bir təklif gəldimi? Avropa, NATO və ya Avropa İttifaqından hansı dəyərli bir təklif verildi ki, biz onu rədd etdik? Amma Rusiya ilə 30 illik münaqişəni müzakirə edib, savaşı sonlandıracaq razılaşma əldə etdik. İndi türk əsgərləri də müşahidəçi qüvvə qismində orada olacaq. Bu Qərb və Avropa üçün də strateji mənfəət olaraq qəbul edilməlidir.  Qarabağda, Liviyada, Suriyada Türkiyənin olması Avropa İttifaqı üçün də faydalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 3196 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” –