“Türkiyə Zelenskinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyir”- ÇAVUŞOĞLU

 “Ankara prezident Vladimir Zelenskinin Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üçün təklif etdiyi planı dəstəkləyir”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Əlbəttə, məqsədimiz qalıcı sülh və qarşılıqlı məqbul bir həll yoludur. İnanırıq ki, bu müharibə danışıqlar masası arxasında bitəcək. Bunu nə qədər tez dərk etsək, bir o qədər yaxşıdır. Hazırda Rusiya danışıqlara hazır olduğunu ifadə edir. Zelenski isə 10 bəndlik sülh planı təklif edib. Türkiyə olaraq biz bu sülh planını dəstəkləyirik və üzərində işləməyə davam edirik”, – XİN rəhbəri qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

KTMT sülhməramlılarının Qarabağa gəlməsi real deyil –

Sonrakı məqalə

“Naxçıvanda büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilməyib”