“Naxçıvanda büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilməyib”- Prezidentin səlahiyyətli nümayəndəsi

Xəbər verdiyimiz kimi, bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sessiyada çıxış edib.

Qeyd edilib ki, bu gün sessiyada Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına nəzər salınıb, eyni zamanda 2023-cü il büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri təsdiq edilib.

“Biz bu vəsaitlərdən maksimum səmərəli istifadə etməliyik. Təbii ki, Naxçıvan Muxtar Respublikasında bir çox istiqamətlər üzrə nöqsanlar vardır. Xüsusilə ötən illər ərzində büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilmədiyi müəyyən olunub. Bundan əlavə vətəndaşlarla iş sahəsində buraxılan nöqsanlar, şəhid ailələri və qazilərin problemləri birmənalı şəkildə həll olunmalıdır. Səlahiyyətli nümayəndə ümumi inkişaf istiqamətlərini diqqətə çatdıraraq deyib ki, ilin əvvəlindən etibarən fəaliyyət Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin bu və digər sahələrdə müəyyən etdiyi istiqamətlərə uyğun qurulmalı, qarşıya qoyulan vəzifələr icra edilməlidir”, – o qeyd edib(apa).

Əvvəlki məqalə

“Türkiyə Zelenskinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyir”

Sonrakı məqalə

“İkinci Qarabağ müharibəsinin nəticələri dünya tərəfindən qəbul edilib”