Türkiyədə əhalinin peyvəndlənməsinə başlanılıb

ürkiyədə əhalinin COVID-19-a qarşı peyvəndlənməsinə başlanılıb.

Hazırda ilk peyvəndlər İstanbulda Oxmeydanı professor Cəmil Taşcıoğlu adına Tədris-Araşdırma Xəstəxanasında səhiyyə işçilərinə vurulur.

Türkiyədə əhaliyə Çin istehsalı olan “Sinovac” peyvəndi tətbiq olunur.

Peyvəndləmə dörd mərhələdə aparılacaq. Peyvənd ilkin mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olanlar, yaşlı, əlil, qoruma evlərində qalan vətəndaşlara vurulacaq. Növbəti mərhələdə isə risk qruplarına daxil olan və yaşı 50-dən yuxarı olanlar peyvəndlənəcək.

Xatırladaq ki, Türkiyədə ilk peyvənd ölkənin səhiyyə naziri Fahrettin Kocaya vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şuşada yol qəzası olub –

Sonrakı məqalə

Ötən il Müdafiə Nazirliyinin “Qaynar xətt”inə 15 mindən çox müraciət daxil olub